ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.
Bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.
Borq həmçinin bildirib ki, ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesini alqışlayır.
“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik. Danışıqlar prosesi etimad mühitində olmalı, bərabər tərəflər arasında danışıqlar aparılmalıdır”, - deyə o, vurğulayıb.
Mənbə: TASS