Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağlamasının səbəbi məlum oldu – FOTO (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |    

Bakıda qadınların uşaqları ilə birlikdə yolu bağlamasının səbəbi məlum oldu – FOTO (YENİLƏNİB)

Bakının Yasamal rayonunda vətəndaşların bağladığı yol artıq açılıb.

Bu barədə Yasamal rayon İcra Hakimiyyətindən Baku.ws-ə bildirilib.

“Problem həll edilib. Bu məsələnin bizim qurumla bağlılığı yoxdur”, - deyə bildirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən Baku.ws-ə bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar:

"Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər. Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək", - deyə bölmədən bildirilib.

 * * * * *

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

Bu barədə hadisə şahidləri Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

Hadisənin görüntüsünü təqdim edirik.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 893 22.07.19 16:45