Brilliant Dadaşova həyat yoldaşını qeyri-adi şəkildə təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Brilliant Dadaşova həyat yoldaşını qeyri-adi şəkildə təbrik edib

Xalq artisti Brilliant Dadaşova öz həyat yoldaşı - Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevə mahnı həsr edib.

Median.Az
-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, müğənninin bu addımı həyat yoldaşının 60 illik yubileyi ilə bağlıdır.

Brilliant Dadaşova yeni kompozisiyasından bir fraqmenti özünün Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Mahnının sözləri və musiqisini Fərid Kərimli yazıb.

"Ədalət müəllim, bir neçə gün bundan əvvəl, biz sənin ad gününü qeyd edərkən, demişdim ki, sənə mahnı həsr etmişəm. Mahnı artıq hazırdır. Kompozisiya "Səni sevirəm" adlanır. 31 ildir ki, bu sözləri sənə gecə-gündüz söyləyirəm. 31 illik ailə həyatımızda bircə dəfə də olsun səndən incimədim. Bu musiqidəki hər bir söz sənin ad gününə, sənə həsr olunur. Səni sevirəm!" - Dadaşova Instagramda yazıb.

Qeyd edək ki, Brilliant Dadaşova musiqi karyerasına 1983-cü ildə Eldar Mansurovun mahnısı ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Akif İslamzadə ilə birlikdə oxuduğu "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bu mahnı Azərbaycanda çox məşhurlaşıb. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra Dadaşova Moskva və Sankt-Peterburqda verdiyi solo konsertlərlə ölkəsini Rusiyada təmsil edən ilk müğənni olub.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb.
скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 708 20.07.19 18:57