İnsanları “qocaldan” “FaceApp”da Rusiya izi - Senatordan xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İnsanları “qocaldan” “FaceApp”da Rusiya izi - Senatordan xəbərdarlıq

Fotoşəkillərin işlənməsi üçün nəzərdə tutulmuş “FaceApp” tətbiqi ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədir.

RBK xəbər verir ki, bunu ABŞ Senatında demokratların lideri Çak Şumer deyib.

O, məsələ ilə bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun direktoruna və Federal Ticarət Komissiyasına məktub göndərib.

Ç.Şumer hesab edir ki, mənzil-qərargahı Sankt-Peterburqda yerləşən şirkətin hazırladığı mobil tətbiq milli təhlükəsizliyə və milyonlarla amerikalının məxfi məlumatları üçün təhlükə törədə bilər:

“İstifadəçilər tətbiqdən istifadə etmək üçün şirkətə şəxsi fotoşəkillərinə və məlumatlarına tam və qeyd-şərtsiz giriş imkanı yaratmalıdır. Bu, o deməkdir ki, şirkət gələcəkdə istifadəçinin razılığı olmadan tətbiq vasitəsilə yüklənən fotoşəkillərdən istifadə edə bilər”.

Proqramın Rusiya şirkəti tərəfindən hazırlanması amerikalı senatorda əlavə narahatlıqlar doğurur:

“FaceApp”da şəxsi məlumatlarını yükləmiş milyonlarla amerikalının informasiyası Rusiya hökumətinin və ya onunla bağlı şirkətlərin əlinə keçə bilər”.

Qeyd edək ki, “FaceApp” tətbiqi Rusiyanın “Wireless Lab” şirkəti tərəfindən hazırlanıb. “FaceApp” süni intellekt texnologiyasından istifadə etməklə yüklənən şəkillərdə insanların üz cizgilərini dəyişərək qocalıq dövrünü təsvir edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 285 18.07.19 11:51