Nazirlik xaricdə təhsil almaq istəyənlərə müraciət etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Nazirlik xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

Təhsil Nazirliyi 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesinin başlamasını nəzərə alaraq, xaricdə təhsil almaq istəyən abituriyent və ya tələbələri, onların valideynlərini seçim edərkən daha diqqətli olmağa çağırır.

Nazirlikdən verilən məlumata görə, əvvəlki illərin təcrübəsi də nəzərə alınaraq, məzunların təhsil almaq istədikləri ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən bir sıra əsas məqamlara diqqət yetirməsi tövsiyə edilir.

Məzunlar ali təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməlidirlər. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərlər.

Məzunlar təhsilalma formasının Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun olmasına da diqqət yetirməlidirlər. Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, distant, eksternat, fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları ixtisasların ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyildir.

Bu baxımdan tədris proqramını (ixtisası) seçən zaman müvafiq təhsilalma forması barədə əvvəlcədən dəqiq məlumat əldə etməyiniz tövsiyə olunur.

Məzunlar seçim zamanı bunlarla yanaşı, təhsilin keyfiyyətini də nəzərə almalıdırlar:

“Təhsil Nazirliyi vətəndaşları xaricdə əldə edəcəkləri təhsilin keyfiyyətinə xüsusi diqqət yetirməyə çağırır. Bu səbəbdən təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini seçərkən, onun beynəlxalq reytinq cədvəllərindəki (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) ümumi və konkret ixtisaslar üzrə yerini araşdırmağınız tövsiyə olunur.

Əlavə olaraq, xaricdə təhsil və xaricdə əldə olunmuş ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı diqqət yetirilməli olan əsas məqamlara dair zəruri məlumatları özündə əks etdirən ani.edu.gov.az internet səhifəsinin “Mütəmadi verilən suallar” bölməsi ilə tanış ola bilərsiniz.

Xüsusi olaraq vurğulanmalıdır ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən nostrifikasiya prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə məsuliyyət daşımır.

Qeyd olunan məsələlərlə bağlı vətəndaşlara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) məlumat verməyiniz xahiş edilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            909 13.07.19 17:59