GMO məhsulların tam - SİYAHISI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

GMO məhsulların tam - SİYAHISI

Ümumdünya Səhiyyə Təşkilatı (WHO) geni modifikasiya olunmuş (GMO) bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə əlaqədar bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə sağlamlığa yönəlmiş heç bir təsiri aşkar olunmayıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev bildirib.

O qeyd edib ki, Azərbaycanda saxta reytinq üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğuna dair məlumatlar yayılsa da, ölkəyə geni modifikasiya olunmuş məhsullar gətirilmir:

“Hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur.

Avropa Komissiyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da açıqlayıb:

1. Pomidor (Lycopersicon esculentum) - Kanada, Çin, Meksika, ABŞ;

2. Yemiş (Cucumis melo) - ABŞ;

3. Alma (Malus x Domestica) - Kanada, ABŞ;

4. Kartof (Solanum tuberosum L) - Rusiya;

5. Əkin yoncası (Medicago sativa) - Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;

6. Lobya (Phaseolus vulgaris) - Brazilya;

7. Pambıq (Gossypium hirsutum L.) - Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Esvatini (keçmiş Svazilend);

8. Badımcan (Solanum melongena) - Banqladeş;

9. Kətan (Linum usitatissimum L.) - Kanada, Kolumbiya, ABŞ;

10. Qarğıdalı (Zea mays L.) - Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Afrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tailand, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;

11. Gavalı (Prunus domestica) - ABŞ;

12. Raps (Brassica rapa) - Kanada;

13 Düyü (Oryza sativa L.) - Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;

14. Qızıl gül (Rosa hybrida) - Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;

15. Saflor (Carthamus tinctorius L.) - Avstraliya;

16. Soya (Glycine max L.) - Argentina, Avstraliya, Boliviya, Braziliya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Aİ, Hindistan, İndoneziya, İran, Meksika, Yaponiya, Malayziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;

17. Balqabaq (Cucurbita pepo) - Kanada, ABŞ;

18. Şəkər çuğunduru (Beta vulgaris) - Avstraliya, Kanada, Çin, Kolumbiya, Aİ, Yaponiya, Meksika, Yeni Zelandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ;

19. Şəkər qamışı (Saccharum sp) - Braziliya, Kanada, İndoneziya, ABŞ;

20. Şirin bibər (Capsicum annuum) - Çin;

21. Tütün (Nicotiana tabacum L.) - Aİ, ABŞ;

22. Yumşaq buğda (Triticum aestivum) - Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ;

23. Kanola (Brassica napus) - Avstraliya, Kanada, Çili, Çin, Aİ, Malayziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Tayvan, ABŞ;

24. Qərənfil (Dianthus caryophyllus) - Avstraliya, Kolumbiya, Aİ, Yaponiya, Malayziya, Norveç;

25. Adi kasnı (Cichorium intybus) - ABŞ;

26. Sürünən tarlaotu (Agrostis stolonifera) - ABŞ;

27. Evkalipt (Eucalyptus sp.) - Braziliya;

28. Papaya (Carica papaya) - Kanada, Çin, Yaponiya, ABŞ;

29. Petunya (Petunia hybrida) - Çin;

30. Qovaq (Populus sp.) - Çin.

/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 768 10.07.19 18:03