Bankların yeni “gəlir mənbəyi” - 500 avroluq əsginaslara komissiya haqqı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Bankların yeni “gəlir mənbəyi” - 500 avroluq əsginaslara komissiya haqqı

Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib.

Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib.

V.Bayramov qeyd edib ki, bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər:

“Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna bir faizlik komissiya haqqı müəyyənləşdirib. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq bir faiz ödəməlidir. Məsələn, 500 əsginaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir”.

Onun sözlərinə görə, bankların tədavüldə istifadəsi davam edən əsginas üçün əlavə ödəniş müəyyənləşdirməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə gəlir əldə etmək maraqlandırır:

“Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan edib. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komissiya haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır.

Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində, belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.

V.Bayramov Avropa Mərkəzi Bankının 4 may 2016-cı ildə 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qəbul etdiyi qərara da diqqət çəkib:

“Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən, banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi, onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

Avropa Mərkəzi Bankının, hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.
/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 031 10.07.19 12:36