Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO
Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında baş verən iki yol qəzasının görüntüləri yayılıb.

Təxminən eyni ərazidə baş vermiş hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bordürü aşaraq əks yola keçiblər.

İlk görüntüdə “Toyota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci görüntü isə sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə, avtomobil bordürü keçərək yolun digər tərəfinə düşür.
/avtosfer.az/


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 256 10.07.19 11:56