Evində ölü tapılan yazarın ÜRƏK AĞRIDAN STATUSU: Əsl möcüzədi... » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

Evində ölü tapılan yazarın ÜRƏK AĞRIDAN STATUSU: Əsl möcüzədi...

Üç gün öncə evində ölü halda aşkar edilən gənc yazar Mahmud Ağakişiyev sosial şəbəkə hesabından yazdığı statuslarla geniş oxucu kütləsi toplamağı bacarmışdı.

Median.Az
milli.az-a istinadən xəbər verir ki, iki övlad atası olan "İkinci Mahmud" kimi tanınan yazıçının yazıları arasında qızı ilə bağlı etdiyi paylaşım xüsusi ilə diqqəti çəkir.

Bu da həmin təsirli yazı:

"Mən qız atasıyam. Nə gözəl duyğudu bu!
Özündə səndən bir parçanı daşıyan canlı varlığın gözünün qabağındaca böyüməsinə, dünya ilə tanışlıq prosesinə şahid olmaq... Bu ki, əsl möcüzədi!
Bəzən nağıl danışıram qızıma. Bəzən o mənə nağıl danışır... Uydurur nağılları...
Canavar Qırmızıpapağı yeyir. Sonra Mahmud gəlir xilas edir Qırmızıpapağı... Mən onun nağıllarının qəhrəmanına çevirilirəm.
Mən onun nağıllarında divlərə qalib gəlirəm...
Mən onun nağıllarında uça bilirəm...
Mən onun nağıllarında dünyada ən güclü kişiyəm...
Mən onun qəhrəmanıyam.
Bu ki, əsl möcüzədi!"

Qeyd edək ki, Mahmud yaşadığı evdə ürəktutmasından vəfat edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 038 08.07.19 20:37