Bakıda ixtisara düşən şəxs iş yerini partlatmaq istədi - TƏFƏRRÜAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda ixtisara düşən şəxs iş yerini partlatmaq istədi - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirli bilinən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Median.Az
Trend-ə istinadla verdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesində ifadə verən şahid Ziya Məmmədov deyib ki, "Azkompozit” MMC şirkətində mütəxəssis işləyir:

"Hadisə günü işdə idim. Aynur xanım qışqıranda biz otağa tərəf qaçdıq. Otağa çatanda Rəsul müəllimlə Şirin dayı yerdə idi. Rəsul müəllim Şirin dayının bir əlindən tutmuşdu. Digər əlini də dizinin altına qoymuşdu. Biz onları sakitləşdirməyə çalışdıq. Həmin vaxt qumbara ayağımın arasından keçdi. Sonra mühafizəçi Rəşad da gəldi. Rəşad Şirin müəllimi apardı. Biz də Rəsul müəllimin yanında qaldıq".

Ziya Məmmədov qumbaranı ayağı ilə vurduğunu da söyləyib. Qeyd edib ki, qumbara açıq vəziyyətdə olub və qaz iyinə bənzər iy də hiss edib.

Hakimin suallarını cavablandıran Ziya Məmmədov bildirib ki, həmin ərəfədə Şirin Astanovdan başqa 5 nəfər də ixtisarla işdən çıxarılıb. Amma onlardan heç biri işə bərpa olunmaqla bağlı nə müraciət ediblər, nə də problem yaşanıb.

Ziya Məmmədov əlavə edib ki, hadisədən dərhal sonra şirkətə polis əməkdaşları gəlib.

Onun sözlərinə görə, polis əməkdaşları hadisə yerinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarını dəvət ediblər. Onlar qumbaranı ərazidən uzaqlaşdırıblar.

Məhkəmə iclasında zərərçəkmiş Rəsul Baxşəliyevin köməkçisi Aynur Quliyeva da ifadə verib.

Şahid deyib ki, hadisə günü Şirin Astanov şirkətə gələrək Rəsul Baxşəliyevlə görüşmək istəyib.

"Dedi ki, işlə bağlı görüşmək istəyir. Mən də Rəsul müəllimə dedim. Rəsul müəllim dedi ki, əgər işlə bağlı sualı varsa, aşağı mərtəbədəki kadrlar şöbəsinə getsin. Mən də bunu Şirin dayıya dedim. Şirin dayı gedəndən bir neçə dəqiqə sonra qayıtdı. Yenə də Rəsul müəllimlə görüşmək istədiyini dedi. Məni itələyib otağa keçdi. Arxadan da qapını bağladı. Mən də qışqırdım, özümü itirdim. Ziya və digər işçilər gəldi. Biz otağa keçəndə Şirin dayı yerdə idi. Rəsul müəllim onun əllərindən tutmuşdu".

Suallara cavab verən Aynur Quliyeva deyib ki, müdiri ilə Şirin Astanovun münasibətləri yaxşı olub. A.Quliyeva qumbaranı görmədiyini deyib. O da qaz iyi hiss etdiyini deyib.

Prosesin davamında şirkətdə mühafizəçi işləyən Rəşad İbadov da dindirilib. Rəşad da eyni məzmunlu ifadə verib. Əlavə edib ki, Şirin Astanovu müdirin otağından çıxardıqdan sonra çıxışda olan mühafizə otağına aparıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 394 05.07.19 16:26