Başı, əli və ayağı yanan Anjela Bakıya gətirilir: Anası əməliyyata razı olmayıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Başı, əli və ayağı yanan Anjela Bakıya gətirilir: Anası əməliyyata razı olmayıb - VİDEO

Yanaraq ağır bədən xəsarətləri alan və fevralın 21-də Türkiyənin İstanbul şəhərinə aparılan iki yaşlı Anjela bu gün Bakıya gəlir.
 
Bu haqda xeyriyyəçi Nərgiz Kərimova məlumat verib. 
 
O bildirib ki, Anjelanı anasına təhvil verəcək. Nərgiz Kərimovanın 2 yaşlı qızla bağlı deyib:
 
"Anjelanı bu gün Bakıya qaytarıram və anasına təhvil verirəm. Hamınız bilirsiniz ki, Anjela fevral ayının 21- dən İstanbuldadır. Bu müddət ərzində hamımız Anjelaya həm maddi, həm mənəvi dəstək olmuşuq. Başda Heydər Əliyev Fondunun Vitse - prezidenti Leyla Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Anar Ələkbərov olmasaydı Anjela indi həyatda yox idi. Anjelanın 1 saat ərzində ölkədən çıxması üçün lazım olan prosedurları operativ həll etməkdə məhz Anar Ələkbərov yardımçı oldu. 
 
Bir neçə dəfə anası mənə yazaraq uşağının əməliyyatlarını dayandırılmasını istəyib. Hər dəfə danışıb ona başa salmışıq ki, uşağı bu vəziyyətdə yarımçıq geri qaytarmaq olmaz. Prosedur qaydaları var ki uşaq onu mütləq keçməlidir. Lakin son 1 aydır ana durmadan deyir ki, uşağını istəyir. Mən də fikirləşdim ki, uşağın əməliyyatını ana istəmirsə, biz yenidən onu əməliyyat edə bilmərik. Ona görə də bu gün Anjelanı Azərbaycana gətirirəm və valideyninə qaytarıram. 

Çox ümid edirəm ki, bundan sonra da Anjelaya son 6 ay ərzində baxıldığı kimi baxılacaq. Hər halda anadır. (çox təəssüf) 
Anjela hər birimizin həyatında çox böyük iz qoydu. Anjelanı unutmaq mümkün olmayacaq. Mən mənim çağırışıma səs verib kömək edən insanlara dərin təşəkkürümü bildirirəm. Mənə dəstək oldunuz, kömək oldunuz. Göydə Allah yerdə Sizlərin sayəsində Anjelanı həyata qaytardıq. 

Sonda onu demək istəyirəm ki, Allah-tala bütün övladlara normal ailələrdə yaşamağı nəsib etsin. Valideynlərin ağılsızlığı ucbatından uşaqlar əziyyət çəkməsin. Amma mən bunu danmıram və hər yerdə deyirəm ki, çox heyif ki, Anjela belə bir ailənin övladıdır. 

Şəkər xanım və Sənan müəllim, Sizə təşəkkürümüz hər zaman sonsuz olub və olacaq. Bu gün də Sizə mənəvi dəstəyiniz və köməyinizə görə təşəkkür edirəm. 

Anjelanın dayəsi Şəkər xanımın o uşağa göstərdiyi qayğını və nəvazişi görəndə bir daha anladım ki, övladı dünyaya gətirmədən də əsl ana olmaq olar. 

Şəkər xanıma zəng edəndə ki, İstanbula gəlirəm və artıq Anjelanı anasına qaytarırıq onun səsinin göz yaşları içində boğulmasını heç bir zaman unutmayacağam. Amma bir tərəfdən də rahatam ki, Anjela nə zamansa dara düşsə onun, Şəkər kimi anası (dayəsi) var. 
 
 
 
Şəkər, sənə sonsuz minnətdaram. Hər kəsin, bütün dostlarımızın adından, Anjelaya yardım edən tanıdığım, tanımadığım insanların adından sənə təşəkkür edirəm. Mən gördüm ki, sən bu uşağa 6 ay ərzində öz övladından da artıü baxdın. Dayələr çox ola bilər, amma sənin kimi dayə yoxdur! 

Anjelaya gəlincə, ümid edirəm ki, Anjela çox xoşbəxt qız olacaq"
 
Qeyd edək ki, hadisə fevral ayının ikinci ongünlüyündə Azərbaycanın rayonlarının birində baş verib. 2 yaşlı Anjela ehtiyatsızlığın qurbanı olub. O, evlərində baş vermiş yanğında başından, əlindən və ayağından ağır yanıq xəsarətləri alıb.
/azxeber.com/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 008 03.07.19 13:09