Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə pulla "işə düzəldən" şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1986-cı il təvəllüdlü Yusif Əhmədov (soyad şərti) Aysel adlı tanışından qardaşını FHN-nə işə düzəltmək adı ilə Nərimanov rayonunda yerləşən "Badamar Plaza"da 7 min manat pul alıb.
Yusif Ayselə qardaşını Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə sürücü vəzifəsinə təyin etdirəcəyinə dair vəd verərək aldığı 7 min manatı şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmənin qərar ilə Yusif Əhmədova 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 4.000 manat cərimə təyin edilib.