Quba və Şəkidə avtomobillərdən oğurluq edənlər tutulub » Median.Az News Agency


Quba və Şəkidə avtomobillərdən oğurluq edənlər tutulub
Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 30-da S.Abbasovaya məxsus avtomobildən, içərisində 216 manat, mobil telefon və qızıl-zinət əşyaları olan çantasını oğurlayan şəhər sakini V.Məmmədov saxlanılıb.

Bundan başqa, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər ərazisində “Opel” markalı avtomobildən mobil telefon oğurlayan Gəncə şəhər sakini N.Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          456 03.07.19 11:38