II Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı dəyişiklik » Median.Az News Agency


II Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı dəyişiklik
Bu gün keçiriləcək II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

Bunu “Minsk 2019”un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tədbir zamanı Oyunların bayrağı, sadəcə, endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də əlavə edib.

Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          596 01.07.19 11:22