Gimnastlarımız Polşada 10 mükafat qazandılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Gimnastlarımız Polşada 10 mükafat qazandılar

Azərbaycanın bədii gimnastika üzrə komandası Polşanın Qdın şəhərində keçirilən beynəlxalq turnirdə 10 mükafata sahib olub.

Median.Az
xəbər verir ki, senyorkalar yarışında qrup hərəkətləri üzrə ikinci komanda bürünc het-trikə imza atıb.

Narin Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova, Humay Əliyeva və Sona Rəhmanovanın yer aldığı kollektiv çoxnövçülükdə, habelə beş topla hərəkətlərdə və üç qurşaqla kompozisiyada üçüncü olub.

Yuniorlar arasında Arzu Cəlilova topla hərəkətlərdə gümüş, qurşaqla hərəkətlərdə bürünc medal qazanıb. Nərmin Səmədova isə lentlə kompozisiyada ikinci yer tutub. Təmsilçilərimiz həmçinin komanda hesabında qızıl mükafatlara sahib olublar.

Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Milana Ələkbərova və Selcan Hacızadədən ibarət yuniorlar qrupu isə mükafatların tam komplektini qazanıb. İdmançılarımız beş lentlə hərəkətdə birinci yer tutublar, çoxnövçülükdə ikinci, beş qurşaqla hərəkətlərdə isə üçüncü olublar.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 018 29.06.19 20:07