“Qiymətlərimin çoxu 3 idi ” - Murad Dadaşov - VİDEO - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Qiymətlərimin çoxu 3 idi ” - Murad Dadaşov - VİDEO - FOTO

Ölkənin ilk uşaq telekanalı "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı xalq artisti, məşhur şoumen Murad Dadaşov olub.

Median.Az
xəbər verir ki, o, məktəbdə yaxşı şagirdlər sırasında olmadığını etiraf edib:

"Bəzən uğur qazanan insanlar haqqında əfsanələr yayılır ki, bütün qiymətləri əla idi, dərslərə vaxtı-vaxtında gəlirdi və s. Mən isə elə şagird deyildim. Bir-iki fəndən 5 qiyməti alırdım qalanları 3 və 4 idi. Aldığım qiymətlər ona görə aşağı deyildi ki, mən pis oxuyurdum, sadəcə çox nadinc bir uşaq idim. Hətta zarafatla deyirəm ki, məktəbi bitirəndə mənim bir dənə də 4 qiymətim yox idi, hamısı 3 idi. Musiqi və rəsmxətt dərslərini əla qiymətlərlə oxuyurdum. Oxuduğum 160 nömrəli məktəbin xüsusi mühiti var idi. Sinifimizdə oxuyan uşaqların əksəriyyəti bu gün uğur qazanmış insanlardır. Mənimlə oxuyan uşaqların çoxu xaricdədir".

Murad Dadaşov müasir dövrün məktəblilərinə tövsiyyələrini də verib:

"Əziz məktəblilər, düzdür, bütün həyatınız qabaqdadır, amma sizə acı bir həqiqəti deyim ki, vaxt o qədər də çox deyil. Vaxt çox məhduddur və təhsilinizə ayıracağınız zaman ondan da azdır. Nə qədər ki, asudə vaxtınız kifayət qədər var, öyrənin! Dil öyrənin, peşə öyrənin, hər şeylə maraqlanın, musiqi alətlərində ifa etməyi öyrənin, kitab oxuyun. Nə qədər çox oxusanız sizin xeyrinizədir".

Xatırladaq ki, "Mən məktəbli ikən" telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da "ARB Günəş"in efirində yayımlanır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 717 25.06.19 20:47