Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |    

Bakıda keçmiş iş adamı güllələndi - Ailəsini itirib, fəhləlik edirmiş

Bakıda keçmiş biznesmen güllələnib.

Bu barədə oxu.az-a Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Ucar rayonunun 40 yaşlı sakini Asim Hüseynovun cəsədi iyunun 24-də, axşam saatlarında Qara Qarayev prospektində tapılıb. Onun kürək nahiyəsində güllə yaraları aşkarlanıb.

Hazırda Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməliyyatçıları cinayəti törətməkdə şübhə bilinən şəxsin axtarışı ilə məşğul olurlar. Şübhəli cinayət yerindən qaçıb.

İlkin araşdırma zamanı məlum olub ki, A.Hüseynovun daha əvvəl kiçik biznesi olub, tikinti materialları (ağac) satıb. Lakin sonra o müflisləşib və hətta ailəsini itirib.

Məlumdur ki, A.Hüseynovun bir neçə şəxsə iri məbləğdə borcu yaranıb. Güman edilir ki, qətlin törədilməsinə məhz bu səbəb olub.

A.Hüseynovun son illər müəyyən yaşayış yeri olmayıb və müxtəlif obyektlərdə fəhlə kimi pul qazanıb. O, belə obyektlərin birinin ətrafında qətlə yetirilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 003 25.06.19 13:26