SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |    

SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

Məsələn, Şuraya “Sumitomo Согр” şirkətlər qrupunun Baş direktoru Kuniharu Nakamura və “Marubeni Corporation” Direktorlar Şurasının sədri Fumiya Kokubu (hər ikisi Yaponiya), “Posco Daewoo Corporation”ın Baş direktoru Kim Yanq-Sanq (Koreya), “DP World” şirkətlər qrupunun Baş direktoru Sultan Əhməd bin Sulayem (BƏƏ), “Turkcell İletişim Hizmetleri A.Ş.”-nin İdarə Heyətinin sədri Əhməd Akça (Türkiyə) və SOCAR-ın prezidenti Rövnəq Abdullayev daxil olublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 626 24.06.19 17:48