Avropa Oyunlarında ilk gün: Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |    

Avropa Oyunlarında ilk gün: Bir boksçumuz qalib gəldi, ikisi mübarizəni dayandırdı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına bu gün start verilib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə qoşulub.

Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrundan almaniyalı Elena Rixterlə qarşılaşacaq.

Boksda isə üç idmançımız mübarizəyə start verib. Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.

Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da Minskin “Dinamo Arena”sında II Avropa Oyunlarının təntənəli açılış mərasimi təşkil olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 278 21.06.19 20:35