Fövqəladə Hallar Nazirliyi Yevlax şəhərinin Yuxarı Qarxun kəndində baş verən yanğınla bağlı məlumat yayıb.
APA-nın AHN-ə istinadən verdiyi məlumata görə, Yevlax şəhərinin Yuxarı Qarxun kəndində 1 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
17:23
Yevlaxda qəbiristanlıqda yanğın olub.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kənd qəbiristanlığında baş verib. Yanğın qəbiristanlığın geniş ərazisini əhatə edib.
Alovun söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.