Gəncədə silsilə oğurluqlar edən şəxslər tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |    

Gəncədə silsilə oğurluqlar edən şəxslər tutuldu

Gəncə şəhərində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 6-da Gəncə şəhəridə evlərin birindən 2000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Tağıyev, X.Qarayev və M.Həsənov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 21-də Gəncə şəhəri ərazisində subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqilin 15 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Əsgərov saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri zamanı onun bu ilin fevral-may ayları ərzində Gəncə şəhərində beş evdən pul, məişət əşyaları və inşaat materialları, habelə daha bir quyunu elektrik enerjisi ilə təmin edən naqilin 30 metrlik hissəsini oğurlaması da müəyyənləşib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.//publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 063 15.06.19 21:47