Yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü » Median.Az News Agency


Yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü
Bakıda yetkinlik yaşına çatmayan qızı əri döyüb.

Hadisə iyunun 12-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü İ.A. polisə müraciət edərək bildirib ki, iyunun 12-də gecə saat 01:00 radələrində həyat yoldaşı onun hamilə olduğuna baxmayaraq, qarın nahiyyəsindən təpikləyərək döyüb.

O, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 234 13.06.19 16:09