“Kaspersky Lab”: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

“Kaspersky Lab”: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

“Kaspersky Lab”ın ekspertləri “Google Calendar” onlayın təqviminin istifadəçilərinə qarşı bir sıra fişinq (phishing) hücumları qeydə alıblar.

Median.Az
TASS-a istinadən xəbər verir ki, qurumun mətbuat xidmətindən bildirildiyinə görə, may ayında həmin servisin təqvimə dəvət edən avtomatik ismarıc görüntüsü verilən saxta göndərişlər istifadəçilərin smartfonlarına atılıb: “Bu yeni hücum üsulu nəzəri cəhətdən hətta e-mail və mesencerlərdə spam və fişinq təhlükəsindən xəbərdar olan təcrübəli istifadəçiləri də çaşdıra biləcəyi üçün dələduzlar qarşısında daha geniş imkanlar açır”.

Belə ki, smartfonda sözügedən ismarıca çox bənzəyən pəncərəni açanda, adətən, adi bir bonuslu sorğunun keçirildiyi “quldur” saytının linki çıxır, guya həmin bonusu almaq üçün müəyyən pul ödənişi etmək təklif olunur. Bu yolla istifadəçilərin fərdi məlumatlarını ələ keçirməyə çalışan dələduzlar məhz təqvim əlavəsini özlərinə meydan seçdiklərinə görə məqsədlərinə daha asan çatmaq imkanı qazanırlar. Belə ki, poçt ünvanları və mesencerlərindəki spama adətkərdə olan istifadəçilərin məlumatları nizamlayan təqvim əlavəsində aldanması ehtimalı daha yüksəkdir.

Bu barədə bildirən laboratoriyanın baş spam mütəxəssisi Mariya Vergelis arzuolunmaz halların qarşısını almaq üçün “Google Calendar” parametrlərində avtomatik bildiriş funksiyasını söndürməyin kifayət olduğunu qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 919 10.06.19 21:09