ABŞ Dövlət katibindən Azərbaycan xalqına təbrik » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |    

ABŞ Dövlət katibindən Azərbaycan xalqına təbrik

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Median.Az
xəbər verir ki, təbrikdə deyilir:

“Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hökuməti adından Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir. Qarşılıqlı ticarətin artırılması, demokratik və iqtisadi inkişafın daha da gücləndirilməsi, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi naminə əməkdaşlığımızın qarşıdakı ildə genişlənəcəyinə ümidvarıq. Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq.

ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk. Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 27.05.19 21:40