Bakıda qadın doğuş zamanı öldü » Median.Az News Agency


Bakıda qadın doğuş zamanı öldü
Ötən gün Bakıda doğuş zamanı növbəti ölüm faktı qeydə alınıb.

Bu haqda Oxu.Az-a Pirallahı rayon hüquq mühafizə orqanlarından məlumat verilib.

Belə ki, mayın 24-də 11:00 radələrində 10 saylı şəhər kliniki xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı 34 yaşlı Qala sakini Əsgərova Samirə Yusif qızı dünyasını dəyişib.

Qadının qan itkisindən vəfat etdiyi deyilir. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2018-ci il ərzində ölkədə doğuş zamanı 17 qadın vəfat edib. 2017-ci ildə isə ölüm sayı 21 olub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 016 25.05.19 14:18