Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |    

Əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlandı

Bu ilin üç ayında əcnəbilərlə nikah bağlayan azərbaycanlıların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 13191 nikaha daxil olma halı qeydə alınıb.

Onlardan 252-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.

205-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahdır.

Qeyd edək ki, 2018-ci ildə 2256 Azərbaycan vətəndaşı əcnəbi ilə nikah bağlayıb. Bu rəqəm 2017-ci ildə 2429 olub.

Statistikaya görə, son beş il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləniblər.

Ötən illər ərzində az sayda olsa da, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar da var.

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər, əsasən, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Eyni zamanda, 2018-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 149 nikahın pozulması halı qeydə alınıb. 2017-ci ildə isə belə boşanmaların sayı 195 olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 927 24.05.19 11:50