Mojo.az Banner
12:50 Yeni Klinikadakı işindən “Green Card” udduğuna görə çıxıbmış  |     12:45 Bu şəxslərin pensiyası yenidən artacaq  |     12:38 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib  |     12:32 İslam Maxaçev döyüşlərdən kənarlaşdırıldı  |     12:27 Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO  |     12:19 Bakıda ov tüfəngindən atəş açıldı - Yaralanan var  |     12:14 "Maşa və Ayı" bu ölkədə qadağan edildi  |     12:06 Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi  |     12:01 Qazax sakinin niyə yarım milyon manatdan çox vergi borcu yaranıb? - Video  |     11:56 Böyük Britaniya səfiri: "Azərbaycan vacib iqtisadi tərəfdaşımızdır"  |     11:51 Tramp İrana hücumla bağlı: "Başqa yolumuz yox idi"  |     11:44 İsmayıllıda toyda 24 nəfər zəhərləndi  |     11:43 SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ: Bakıda bir avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ  |     11:42 Paytaxt və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb  |     11:41 Kəlbəcərə dolu düşüb - FAKTİKİ HAVA  |     11:39 Ev sahibinin başına stəkan çırpıb qızını qaçıran "elektrik şəbəkəsi"nin işçilərindən xəbər var  |     11:28 Şəhər, qəsəbə və kəndlərdə hansı ərazilər yaşayış məntəqəsinin torpağı sayılır?  |     11:16 Bərdədə FACİƏ: Sahibkar öldü  |     11:09 Pakistanın keçmiş baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürüldü  |     11:08 Bakıda bağ evindən yüzminlərlə bahalı əşya oğurlayan dəstə üzvlərinə HÖKM OXUNDU  |    
Left Banner
Right Banner

“Abşeron City” müştərilərin başına oyun açır - Rəhbərləri isə yoxa çıxıb

23.05.2019 17:00 4 774
“Abşeron City” müştərilərin başına oyun açır - Rəhbərləri isə yoxa çıxıb
Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksi vətəndaşları incitməkdə davam edir. Şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu azmış kimi, hələ müştəriləri də borclu çıxarır.

Belə ki, 2017-ci ilin noyabr ayında şirkətin Xırdalan şəhərində yerləşən ofisinə müraciət etdim. Mənzil qiyməti ilə bağlı razılığa gəldikdən sonra binanın təhvil veriləcəyi vaxtı soruşdum.

Şirkət nümayəndəsi bildirdi ki, 2018-ci ilin may ayında bina artıq hazır olacaq və təmirə başlaya biləcəyik.

İyun, iyul, avqust... Artıq bir il keçib, lakin bina hələ də hazır deyil. Şirkət isə bildirir ki, bu normaldır və onları başa düşməyimi xahiş edirlər.

Özləri isə müştərini dinləmək belə istəmirlər, onların problemlərinə biganə yanaşırlar.

Bu gün - yəni 23 may tarixində “Abşeron City” müştəri barədə fikirləşmədiyini, müştəriyə yalnız pul kimi baxdığını bir daha sübut etdi.

Belə ki, 2018-ci ilin noyabr ayında “Abşeron City” öz evimdə təmirə başlamaq üçün əvvəlcə sayğacların pulunu ödəməyimi tələb edib. Müəyyən olunmuş məbləğ ödənilib. Lakin sayğaclar hələ də yoxdur.

Bu gün şirkət mənzilin işığını kəsib və bildirir ki, müvəqqəti sayğac alıb qoymalıyıq.

Niyə? Müqavilədə belə bir bənd var? Və əgər sayğacın pulunu altı ay əvvəl almısınızsa, niyə indiyə qədər quraşdırmamısınız?

Şirkətlə əlaqə saxlayanda bir katibəni irəli verirlər. Elə bir şəxs ki, “Abşeron City”də şirkətin adından danışmağa heç bir səlahiyyəti yoxdur.

“Elektrik Dünyamalı deyir ki, bu belə olmalıdır”, - həmin katibə qeyd edir.

Bir şirkət ki, elektrik Dünyamalının ümidinə qalıb, ondan nə gözləmək olar ki?!

“Abşeron City”nin rəsmi nümayəndələri isə müştəri ilə danışmaqdan belə imtina edirlər. Onları heç dinləmək istəmirlər.

“Müştəri əsas pul gətirsin”. Yəqin şirkətin devizi də belədir.

Qayıdaq əsas mövzuya. Söhbət zamanı katibə bildirdi ki, şirkətdə hazırda heç kim yoxdur:

“Ofisdə bu dəqiqə heç kim yoxdur, ancaq mənə deyirlər ki, sayğaclar hazır deyil, buna görə müvəqqəti sayğac qoyulmalıdır”.

Bu arada, sual yaranır ki, niyə iş vaxtı şirkətdə heç kim yoxdur? “Abşeron City”nin işlərini katibə və elektrik həll edir? Niyə “Abşeron City” müştəriləri bu qədər incidir? 

Suallar çoxdur, lakin onlar cavabsızdır.

Çünki mənzillərini satanda mələk cildinə girən şirkət nümayəndələri bu gün qeybə çəkiliblər. Ola bilər ki, özləri də səhv mövqedə olduqlarını anlayıb, müştəri ilə danışmağa xəcalət çəkirlər. Təbii ki, bu variant mənim nikbinliyimdən qaynaqlanır.

Ümumiyyətlə bir şirkətdə səlahiyyətli şəxsin, müştərini dinləyəcək birinin olmaması isə mənim işıqsız qalmağımdan daha acınacaqlı vəziyyətdir.

Hər halda, nəticə etibarilə məsələ həll olunmamış qalır, müştəri çıxılmaz vəziyyətdədir, əlavə xərc çəkərək müvəqqəti sayğac qoymaq məcburiyyətindədir...

//oxu.az

скачать dle 11.3
Mojo.az Banner