Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib

05.09.2026 20:22 417
Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, O.Hüseynli rəhbərlik etdiyi "Renaissance Travel" turizm şirkətinin sosial şəbəkə hesabında xarici ölkələrə cəlbedici şərtlərlə tur paketləri təklif edib. O, bu məqsədlə müraciət edən çoxsaylı vətəndaşların etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair yalan vədlər verib.

O.Hüseynli qanunsuz hazırladığı saxta uçuş biletlərindən istifadə etməklə vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.

Qeyd edilən faktlarla başlı cinayət işi başlanılıb. O.Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən turizm şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da hərtərəfli araşdırılıb. Aparılan araşdırmalar nəticəsində bu iddialar təsdiqini tapmayıb.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Son xəbərlər