Azərbaycan səfiri Mxitaryana: Sən siyasətçi deyilsən, top qovursan » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Azərbaycan səfiri Mxitaryana: Sən siyasətçi deyilsən, top qovursan

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sport News” nəşrinə verdiyi müsahibədə “Arsenal” klubunun erməni əsilli futbolçusu Hernix Mxitaryanın Avropa Liqasının Bakı finalında iştirakı üçün təhlükəsizliyinə zəmanət verildiyini bildirib.

Nəşrin tirajladığı materialda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar iki Qafqaz ölkəsi arasında diplomatik münasibətlərin mövcud olmamasına toxunulur və bunun fonunda erməni futbolçunun Bakıya gəlib-gəlməyəcəyinin sual altında olduğu qeyd olunur.

“Arsenal” klubunun rəhbərliyi artıq UEFA ilə əlaqə saxlayıb. Avropanın ali futbol qurumu 30 yaşlı erməni futbolçunun ölkəyə səfər etməsi üçün viza almasında hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

Nəşr bundan əvvəl “Arsenal”ın Avropa Liqasının qrup mərhələsində, oktyabr ayında Bakıya etdiyi səfər zamanı heyətdə Mxitaryanın olmadığını xatırladır.

“Sky Sports News” müxbiri Mxitaryanın azərbaycanlı səfir Tahir Tağızadə ilə birbaşa əlaqə yaradacağı təqdirdə, ona şəxsən təhlükəsizliyi ilə bağlı zəmanət verməyə hazır olub-olmadığını öyrənməyə çalışıb. Tağızadə buna qısa və konkret cavab verib:

“Bu, mötəbər bir idman yarışıdır. Əgər bunun ətrafında siyasi oyunların oynanılması qarşıya məqsəd qoyulubsa, başqa məsələ. Amma sən siyasətçi deyilsən, pulu da sənə top qovmağına görə verirlər, ona görə gəl, bütün qalan məsələləri kənara ataq”, - deyə azərbaycanlı səfir bildirib.

Bu arada, nəşrin yazdığına görə, AFFA da ermənistanlı kapitanın Bakıda olacağı müddətdə təhlükəsizliyinə tam zəmanət verib.

“Problem ondadır ki, o, Azərbaycan hökumətindən icazə almadan, erməni hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına səfər etmişdi. Belə addımın müvafiq hüquqi nəticələri olur, hökumət belə bir şəxsi “qara siyahı”ya da sala bilər. Bununla belə, ona təhlükəsizliklə bağlı zəmanətlər verilir.

Mənim Mxitaryana ismarıcım budur: sən futbolçusan axı. İstədiyin məgər futbol oynamaq deyil? Bakıya get, orada təhlükəsizliyin təmin olunacaq. Ancaq bunu bir “oyun”a çevirmək istəyirsənsə, bu, artıq başqa məsələdir. Əmin edirəm ki, Azərbaycan hökuməti oyunla əlaqədar Bakıya gələn istənilən azarkeş, futbolçu və texniki heyət üzvünün təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 646 21.05.19 13:33