Bakıda naməlum şəxslər yeniyetmə oğlanı küçədə qarət edib » Median.Az News Agency


Bakıda naməlum şəxslər yeniyetmə oğlanı küçədə qarət edib
Bakıda gənc oğlan küçədə qarət olunub.

Median.Az
Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu Sarayevo küçəsində baş verib. 2002-ci il təvəllüdlü Hüseynov Cavad Mamed oğlu Sarayevo küçəsi, 13 saylı binanın qarşısında 3-4 nəfər tanımadığı şəxs tərəfindən basqına məruz qalıb.

Həmin şəxslər yeniyetmənin mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          560 16.05.19 22:46