Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Gəncədə İmadəddin Nəsiminin canlı portreti yaradıldı - VİDEO

Gəncənin Heydər Əliyev meydanında 3 minə yaxın gəncin iştirakı ilə şair və mütəffəkir İmadəddin Nəsiminin canlı portreti yaradılıb.

Portret Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, gəncəli gənc Mobil Qarayevin təşəbbüsü ilə ərsəyə gəlib. Dahi şairin canlı portetinin yaradılmasını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, struktur rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri də izləyiblər.

Layihənin rəhbəri Mobil Qarayev qeyd edib ki, bu, minlərlə gəncin iştirakı ilə Gəncənin baş meydanında yaradılan ikinci portretdir.

“Bildiyiniz kimi cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il “Nəsimi ili” elan edilib. Sərəncamdan dərhal sonra layihəni reallaşdırmaq qərarına gəldim. Layihə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəkləndi. Bu gün isə gənclərimizlə birgə onu həyata keçirdik”, - deyə Mobil Qarayev vurğulayıb.

Qeyd edək ki, bu, Gəncədə minlərlə gəncin iştirakı ilə təşkil olunan sayca 5-ci flaşmobdur. İlk flaşmob 10 min gəncin iştirak ilə Ulu Öndər Heydər Əliyevin canlı portreti və imzasının yaradılması olmuşdu. Növbəti illərdə isə şəhərin baş meydanında “Baku-2015” Avropa Oyunlarının, “Gəncə Avropa Gənclər Paytaxtı - 2016”-nın və “Baku-2017” İslam Həmrəylik Oyunlarının canlı loqoları yaradılmışdı.

Xatırladaq ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 458 16.05.19 17:17