Şəkiyə dolu düşdü - FOTO » Median.Az News Agency


Şəkiyə dolu düşdü - FOTO
Şəkiyə güclü dolu yağıb.

Median.Az
-ın oxu.az-a istinadən xəbərinə görə, dolu, əsasən, rayonun dağlıq kəndlərindən olan Orta-Zəyziddə müşahidə olunub.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində davam edib. Kənd sakinlərinin sözlərinə görə, dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Gecə saatlarında bölgənin əksər rayonlarına güclü yağış yağıb.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          961 15.05.19 11:50