“Coca-Cola” müsəlmanlara jest etdi, etirazla qarşılandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |    

“Coca-Cola” müsəlmanlara jest etdi, etirazla qarşılandı

Qazlaşdırılmış içkilər istehsalçısı “Coca-Cola” şirkətinin Norveç şöbəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə öz klassik içkisinin xüsusi seriyasının buraxıldığını elan edib və İslamın təcəssümü olan aypara rəmzini ilk dəfə öz loqotipinə əlavə edib.

Median.Az
xəbər verir ki, “Coca-Cola” şirkəti ənənəvi olaraq həm Norveçdə, həm də digər ölkələrdə öz içkilərinin Milad bayramına həsr olunmuş xüsusi seriyalarını buraxır. Bu il şirkət bildirib ki, Norveç müsəlmanları ilə birlikdə Ramazan bayramını qeyd etmək istərdi.
Şirkətin marketinq şöbəsinin rəhbəri İohanna Kosanoviç yerli jurnalistlərə müsahibəsində deyib: “Müsəlman ölkələrdə Ramazanı bayram etməyimizin uzun tarixi vardır. İndi biz Ramazanı ilk dəfə Norveç müsəlmanları ilə birlikdə bayram etmək istəyirik. Biz müxtəlifliyə tərəfdar olduğumuzu və bunun cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə göstərmək istəyirik”.
Buna baxmayaraq, “Coca-Cola”nın bu qərarı miqrantlar əleyhinə çıxış edən radikal dairələrin təmsilçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar sosial şəbəkələrdə müsəlmanlar əleyhinə şüarlarla çıxış edir, hətta “Coca-Cola”nın məhsullarını boykot etməyə çağırırlar. Bununla belə, liberal əhval-ruhiyyəli norveçlilər də tapılıb. Onlar əhalinin əksəriyyətinin xristian olduğu bir ölkədə “Coca-Cola”nın müxtəlifliyin dəstəklənməsinə yönələn addımını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 5,2 milyon əhalisi olan Norveçdə sürətlə artan müsəlman icması yaşayır. Hazırda müsəlmanlar Norveç əhalisinin 5,7 faizini təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 320 14.05.19 23:02