Bakının vahiməli ölüm küçələri... - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |    

Bakının vahiməli ölüm küçələri... - FOTO + VİDEO

Son illərdə Bakıda yol təsərrüfatı inkişaf etdirilir, körpülər tikilir, yol qovşaqları qurulur. Təbii ki, hazırda da bu iş davam edir, bir çox prospekt və küçələr, bina və parkların müasir şəkildə əsaslı yenidənqurma və təmir-bərpa edilməsi, abadlaşdırılması işləri aparılır. Həmçinin küçə boyunca piyadaların sərbəst keçidi üçün işıqforlar quraşdırılır, müasir işıq dirəkləri qoyulur. Bütün bu yeniliklərlə yanaşı, Bakının küçə və yollarının işıqlandırılmasında problemlər qalmaqdadır. Əsasən ətraf rayon və qəsəbələrdə küçələr axşam düşən kimi zülmətə qərq olur.

Median.Az "Report"a istinadən xəbər verir ki, bəzən mərkəzi küçələrdə, əksər hallarda isə mərkəzi hissələrdən kənarda, əsasən Binəqədi, Əhmədli, Yeni Günəşli, Bakıxanov və digər qəsəbələrdə küçə fənərlərindən istifadə edilmir.



Adətən belə addımın qənaət məqsədi daşıdığı güman edilsə də, bu amil həm də bir tərəfdən həmin ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyatı hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verir. Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir.



Şəhər sakinlərinin, o cümlədən sürücülərin ən çox şikayət etdiyi hallardan biri də küçələrin işıqlandırılması ilə bağlıdır. Sürücülərin əksəriyyəti müsahibələrində bildiriblər ki, yollar işıqlandırılması piyada vurulmasına və ya digər qəzalara gətirib çıxarır. Onların sözlərinə görə, aidiyyatı qurumlar bu problemə ciddi yanaşmalıdırlar ki, hər şey sürücünün üzərində qalmasın.



Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı açıqlamasında deyib ki, piyadaların vurulması halları daha çox gecələr müşahidə edilir, nəinki günün birinci yarısında. Bunun da səbəbləri var. Çünki gündüz vaxtı şəhər küçələrində sıxlıq olur. O xatırladıb ki, ötən il ölkə prezidenti "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.



Məqsəd isə ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.

Yol həm də mədəniyyət olduğundan mədəniyyətin işıqlı olması son dərəcə vacibdir. İşıqların olmaması bir maneədir.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 888 14.05.19 13:22