Fərda boşanma səbəbini açıqladı: "Övladlarıma görə bitirməli idim" - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Fərda boşanma səbəbini açıqladı: "Övladlarıma görə bitirməli idim" - VİDEO

İlk ailəsindən ayrılıb ikinci dəfə evlənən Fərda Xudaverdiyev ilk dəfə bu barədə danışıb.

Median.Az
xəbər verir ki, “ATV maqazin onlarla” verilişinin qonağı olan aktyor xoşbəxt olmadığı üçün boşandığını deyib:

“Öldüm-dirildim. Ailənin dağılmağında və birləşməyində ən böyük rolu xoşbəxtlik oynayır. Tam xoşbəxt olmayanda, vurnuxmağa başlayırsan. Ona görə də, vaxtında bitirmək lazım idi. Övladlarıma görə bitirməli idim. Bir evin altında o övladları elə görmək istəmirdim".

Fərda uşaqlarına yetərincə aliment verdiyini açıqlayıb: "Ölkədə bir uşağa 154 manat aliment verilirsə, mən hər uşağıma 500-600 manat pul ayırıram. Qazancımın 70 faizini onlara verirəm. Mənim qədər Azərbaycanda aliment verən adam yoxdur. Məndən xahiş etmişdilər ki, bizi dünyaya gətir?”.

Həyatında baş verənlərin onu depressiyaya saldığını deyən aktyor, psixoloji yardım aldığını da etiraf edib:

“Dörd peşəkardan dərs aldım. İlk dəfə həmin adamın yanına gedəndə hönkür-hönkür ağladım. Danışa bilmirdim”.

Qeyd edək ki, sənətçi bir müddət öncə ikinci dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən iki, ikincidən isə bir oğlu var.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 300 13.05.19 19:10