Bakıda işçilər faciəvi şəkildə öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |    

Bakıda işçilər faciəvi şəkildə öldü

Ötən gün Bakıda bir neçə işçi bədbəxt hadisələrin qurbanı olub.

Bununla bağlı hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Yasamal rayonunda mayın 10-da təxminən 17:00 radələrində “Azəristiliktəchizat” ASC-nin Yeni Yasamal 2 yaşayış massivi ərazisində yerləşən qazanxanasının damından 60 yaşlı qaynaqçı Cəbiyev Ramiz Ağamalı oğlu yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəyə səbəb fəhləni qaldıran kranın lyuk hissəsini saxlayan trosun qırılması olub.

Nərimanov rayonu İslam Abışev küçəsində yerləşən “Rüzgar” kiçik biznes qarajında baş verən bədbəxt hadisə zamanı da işçi ölüb. Qusar rayon sakini, 48 yaşlı Novruzbəyov Gülbala Sədrəddin oğlu yük maşınının təkərində apardığı qaynaq işlər zamanı baş verən partlayış nəticəsində ölüb.

Suraxanı rayonunda Əmircan qəsəbə sakini, 47 yaşlı Əliyev Fazil Qardaşxan oğlu da ölüb. Kişi özəl sifariş üzrə təmir işləri aparan zaman evin damından yıxılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektorunun müdiri Azər İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, idarə əməkdaşları hadisələr baş verən yerlərdə olub və araşdırmalar başlanılıb. Yaxın günlərdə bədbəxt hadisələrin səbəbləri məlum olacaq.

Onun sözlərinə görə, iş verənlərin texniki təhlükəsizlik qaydalarına riayət etmədiyi məlum olarsa, İnzibati Xətalar Məcəlləsinə görə onlar min manatdan iki min manatadək cərimə olunacaqlar. Bundan başqa, icbari sığorta olmaması üçün də cərimə nəzərdə tutulub.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 101 11.05.19 18:34