35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib - YENİLƏNİB

Nazirlər Kabineti "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nı təsdiqləyib.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər aşağıdakılardır:

- Qətran Təbrizi;

- Məhsəti Gəncəvi;

- Əfzələddin Xaqani;

- Nizami Gəncəvi;

- Qazi Bürhanəddin;

- İmadəddin Nəsimi;

- Aşıq Qurbani;

- Şah İsmayıl Xətai;

- Məhəmməd Füzuli;

- Aşıq Abbas Tufarqanlı;

- Molla Pənah Vaqif;

- Molla Vəli Vidadi;

- Qasım bəy Zakir;

- Mirzə Fətəli Axundzadə;

- Həsən bəy Zərdabi;

- Seyid Əzim Şirvani;

- Xurşidbanu Natəvan;

- Mirzə Ələkbər Sabir;

- Nəcəf bəy Vəzirov;

- Aşıq Ələsgər;

- Cəlil Məmmədquluzadə;

- Əbdürrəhim bəy Haqverdiyev;

- Cəfər Cabbarlı;

- Əhməd Cavad;

- Mikayıl Müşfiq;

- Əhməd bəy Ağayev;

- Əli bəy Hüseynzadə;

- Nəriman Nərimanov;

- Məmməd Səid Ordubadi;

- Hüseyn Cavid;

- Əzim Əzimzadə;

- Yusif Vəzir Çəmənzəminli;

- Üzeyir Hacıbəyov;

- Səməd Vurğun;

- Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər aşağdakılardır:

- “Sevil ” (1929-cu ildə çəkilmişdir);

- “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

- “İsmət”(1934-cü ildə çəkilmişdir);

- “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

- “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

- “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

- “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

- “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

- “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

- “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

- “Görüş” (1955-ci ildə çəkilmişdir).

* * * * *

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.


Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilib.

Qərarla “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiqlənib. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş

Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 942 11.05.19 13:29