Heydər Əliyevə həsr olunmuş film təqdim olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |    

Heydər Əliyevə həsr olunmuş film təqdim olundu

Bu gün Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev - Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini Intiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Şahin Ismayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti, kinorejissor Vaqif Mustafayev və 300-dən artıq gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra yüzlərlə gəncin iştirakı ilə keçirilmiş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş fləşmobun qısa videoçarxı nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib ki, Ulu öndər Heydər Əliyev millətin taleyi üçün böyük əhəmiyyət kəsb edən bütün fəaliyyət sahələrini, xüsusilə gənclər siyasətini həmişə diqqətdə saxlayıb. Onun ölkəyə rəhbərliyinin hər iki dövründə bütün sahələr dövlət səviyyəsində layiqli dəyərini alıb.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Azərbaycanın inkişafı və bütün dünyada tanınmasında Heydər Əliyevin misilsiz xidmətlərindən, eləcə də, onun gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Çıxış edən xalq artisti Vaqif Mustafayev Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sonda V.Mustafayevin ümummilli liderə həsr olunmuş “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 639 10.05.19 18:26