Xəzərdə gəmi yanğınında xəsarət alanların adları - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Xəzərdə gəmi yanğınında xəsarət alanların adları - SİYAHI

Mayın 8-də axşam saatlarında Xəzər dənizində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alanların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən 15 nəfərdən 1-i müayinə olunduqdan sonra evə buraxılıb, 14 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Süleymanov Emin Fayaz oğlu, 1969-cu il təvəllüdlü Drus Atek Bin, Lembang George Anak, 1984-cü il təvəllüdlü Anak Laşrence Assan Aleksandr Lembang, 1984-cü il təvəllüdlü Radu Robert, 1982-ci il təvəllüdlü Di Giacomo Emmanuele və 1984-cü il təvəllüdlü Haükins Jozeph xəstəxananın reanimasiya şöbəsinə, 1990-cı il təvəllüdlü Səlimli Rasim Əyyub oğlu, 1987-ci il təvəllüdlü Bekeni Moses Anak, 1985-ci il təvəllüdlü Boz Daniel Rovano, 1988-ci il təvəllüdlü Banaüich Leüis Jozeph, 1956-cı il təvəllüdlü Eves Paul Artur, 1979-cu il təvəllüdlü Mehtiyev İxtiyar Ağabəy oğlu və Maskik Mirko xəstəxananın cərrahiyyə və lor şöbələrinə yerləşdiriliblər.

Hadisə nəticəsində yüngül xəsarət alan, gəminin mətbəxində işləyən 1989-cu il təvəllüdlü Rəşad Xudiyev isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Hazırda reanimasiyada olan həmin yeddi nəfərdən üçünün vəziyyəti kritik ağır, dörd nəfərin isə vəziyyəti sabit ağırdır.

Xatırladaq ki, mayın 8-də təqribən saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 15 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan biri evə buraxılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 783 10.05.19 12:32