Təhsil sahəsinə ayrılan vəsait 8 dəfə artırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Təhsil sahəsinə ayrılan vəsait 8 dəfə artırılıb

Mayın 8-də Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

Median.Az
ONA-ya istinadən xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov Azərbaycan musiqisinin beşiyi, ölkəmizin əsrarəngiz gözəlliyə malik guşələrindən biri hesab edilən Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalından 27 il ötdüyünü bildirib. “İşğal nəticəsində Azərbaycanın füsünkar təbiətə malik bu şəhərindəki zəngin tarixi-mədəni abidələr, müzeylər dağıdılıb. Nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələrinə, dünyanın aparıcı dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə baxmayaraq, işğal hələ də davam edir. Dövlətimizin başçısı İlham Əliyevin də hər zaman qeyd etdiyi kimi, Azərbaycan heç vaxt indiki vəziyyətlə barışmayacaq və ərazi bütövlüyünü bərpa edəcək”,- deyə Baş Nazir vurğulayıb.

Xalqımızın ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd etdiyini bildirən Novruz Məmmədov deyib ki, Ümummilli Liderin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşayır və yaşayacaq: “Bu gün müstəqillik yolunda uğurla addımlayan və gündən-günə inkişaf edən Azərbaycanın qazandığı böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq”.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyəti və yeni layihənin müzakirəsi, həmçinin “Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planlarının tərtibi təcrübəsi və 2019-2020-ci tədris ili üçün tələbə qəbulu planının tərtib edilməsi” haqqında məsələlər daxil edilib.

Baş Nazir deyib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Prezident İlham Əliyev də ölkəmizdə narkonmalığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısı bununla bağlı qarşıya ciddi vəzifələr qoyub. Bu sahədə mühüm uğurların əldə olunduğunu vurğulayan Novruz Məmmədov qeyd edib ki, qazanılan nailiyyətlərdə müvafiq Dövlət proqramlarının mühüm rolu olub.

Azərbaycan dövlətinin təhsilin inkişafına xüsusi diqqət ayırdığını deyən Baş Nazir qeyd edib ki, son 15 ildə dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin 8 dəfə artırılması, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Prezident İlham Əliyevin təhsilə göstərdiyi böyük qayğının təcəssümüdür. Əsəs məqsəd ölkəmizdə keyfiyyətli təhsil sisteminin qurulması, yüksəkixtisaslı, zəngin dünyagörüşlü kadrların yetişdirilməsindən ibarətdir.

Sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun, təhsil naziri Ceyhun Bayramov gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 090 08.05.19 21:03