Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Dəhşətli partlayışda valideynləri ölən uşaqlar nənələrinə veriləcək - YENİLƏNİB

Kürdəmirdə yaşayış evindəki partlayışdan sonra ata-anasını itirən körpələr Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Bu barədə oxu.az-a açıqlamasında birliyin sədri Kəmalə Ağazadə məlumat verib.

Bildirib ki, körpələr nənə və əmilərinin müşayiəti ilə sığınacağa aparılıb.

“Qohumları ilə birlikdə dörd yaşlı Günay Əsədova və iki yaşlı Bünyəd Əsədovu sığınacağa gətirmişik. Bu, müvəqqətidir. Çünki ailə başçısı Anar Əsədov və Qəndab Hüseynova dünyasını dəyişib. Yaxınları hazırda yasdadırlar. Digər uşaq - səkkiz yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir. Rayonun İcra Hakimiyyəti ilə danışmışıq, nənəyə qəyyumluq veriləcək”.

Kəmalə Ağazadə qeyd edib ki, sosial şəbəkələrdə yaxınlarının uşaqlarından imtina etməsi ilə bağlı yayılan xəbərlər düzgün deyil:

“Heç kim onlardan imtina etmir. Sadəcə, bir müddət sığınacaqda qalacaqlar”.

* * * * *

Xəbər verdiyimiz kimi, aprelin 21-də Kürdəmirdə yaşayış evində partlayış baş verib.

Qafqazinfo xəbər verir ki, hadisədən bir gün sonra ailə başçısı 31 yaşlı Anar Əsədov, dünən isə xanımı 34 yaşlı Qəndab Hüseynova dünyasını dəyişib.

Yüngül xəsarət alan azyaşlı uşaqlar ( 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyəd Əsədov) körpələr evinə verilib, 8 yaşlı İlahə Əsədovanın isə müalicəsi davam edir.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 540 08.05.19 11:52