“Starbucks” fincanı “Taxt oyunları”na necə düşüb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |    

“Starbucks” fincanı “Taxt oyunları”na necə düşüb?

HBO-nun fentezi janrında lentə aldığı “Taxt oyunları” serialının səkkizinci mövsümünün dördüncü bölümünü diqqətlə seyr edən tamaşaçılar kadrda olan maraqlı bir səhvi tutublar.

“Metro” nəşri xəbər verir ki, serialın masa arxası səhnəsində Deyeneris Tarqariyenin önündə olan “Starbucks” brendinə məxsus kofe fincanı kadrlarının “screen”ləri yayımlanıb.

“Taxt oyunları”nı yayımlayan HBO telekanalı (ABŞ) kadrlardan birində “Starbucks”a aid plastik qəhvə stəkanının peyda olması məsələsinə aydınlıq gətirib.

Bu barədə “New York Post” yazır.

HBO rəsmisi bunu özünəməxsus yumorla izah edib.

“Epizodların birində lattenin ekranlarda görünməsi səhvən baş verib. Əslində, Deyneris yaşıl çay sifariş vermişdi”, - deyə nəşrin müsahibi bildirib.

Serialın icraçı prodüseri Berni Kolfild də “WNYC” radiostansiyasına verdiyi müsahibədə qalmaqallı kadrı şərh edib.

“Bildiyiniz kimi, “Starbucks”ın ilk kafesi məhz Vesterosda açılıb”, - deyə Kolfild istehza edib.

Onun sözlərinə görə, baş verən xəta ən yaxşı dram serialı nominasiyasında “Emmi” mükafatçısı olmuş “Taxt oyunları” üçün olduqca nadir bir haldır. Çünki rekvizitçilər və dekorçular yüz deyil, min faiz dəqiqliklə işləyir.

“Əgər bu, onların serialda tapdıqların ən pis nöqsandırsa, deməli, biz yaxşı formadayıq”, - deyə prodüser bildirib.

Qeyd edək ki, “Taxt oyunları”nın sonuncu mövsümü sosial şəbəkələrdə ən çox müzakirə olunan mövsüm olub. Belə ki, seriala beş milyondan çox tvit həsr olunub.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 182 07.05.19 11:36