Nazir lisey direktorunu işdən çıxardı - Ciddi nöqsanlara yol verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Nazir lisey direktorunu işdən çıxardı - Ciddi nöqsanlara yol verib

Təhsil Nazirliyi Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin aksiya keçirməsinə aydınlıq gətirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov oxu.az-a bildirib ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan videogörüntü 25 aprel tarixinə aiddir:

“Belə ki, K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb. Təhsil nazirinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib”.

“Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək, bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb. Hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, mətbuatda Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin yeni direktor təyin olunduğuna görə aksiya keçirdikləri barədə məlumat yayılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 401 01.05.19 15:44