Savadı olmayan həkimlər televiziyalara üz tutur- Media eksperti » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Savadı olmayan həkimlər televiziyalara üz tutur- Media eksperti

"Televiziyalarımıza gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı?!"

Median.Az
xəbər verir ki, bu sözləri "Sherg.az"a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli deyib.

Ekspert bildirib ki, televiziyalar tibbi verilişlər hazırlayırsa, bütün hallarda tamaşaçının inamını itirməmək üçün reklam məqamından qaçmalıdırlar:

"Ölkəmizdə özəl klinikaların sayı yağışdan sonrakı göbələklər kimi artır. Demirəm ki, buna ehtiyac yoxdur. Lakin savadı olmayan bəzi həkimlər özlərini reklam etmək üçün televiziyalara üz tuturlar. Televiziyalar isə özlərinə əlavə maddi gəlir əldə etmək üçün məmnuniyyətlə belə həkimlərə öz qapılarını açırlar.

Ümumiyyətlə, bu gün kanallarda həkimlərin, müxtəlif dərmanların reklamı çox gedir. Belə reklamların qarşını almaq üçün çıxış yolları tapmaq lazımdır. Savadlı həkimlər ictimai rəydə fəal olmalıdırlar. Çünki peşəkar, təcrübəli, yaşlı həkimlər öz peşələrini ciddi qəbul edirlər. İndiki halda televiziyalarda tibbi verilişlərin qarşısını almaqda acizik".

Z.Məmmədlinin fikrincə, televiziyalarda reklam bazarı şəffaf olarsa, tibbi verilişlərin qarşısını almaq mümkündür:

"Almaniyada həkim 40 yaşından sonra müstəqil fəaliyyətə başlayır. Əvvəlcə assistent kimi çalışır və müəyyən maaş alır. Amma bizim televiziyalara gənc adamlar çıxır və baxırsan ki, tibb elmləri doktoru adını alıb. 30 yaşlı biri nə vaxt həkim oldu və nə vaxt araşdırmalar apardı? Bütün bunlar çox ciddi və narahatedici simptomlardır. Bu durumdan narahat olan həkimlər cəmiyyətə mesajlarlarını çatdırmaq üçün müəyyən vasitələr düşünməlidirlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 635 25.04.19 23:40