Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |    

Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək

2020-2025-ci illər ərzində Elektron Hökumətin İnkişafı Mərkəzi hazırkı "one stop shop" modelindən yeni "non-stop shop" elektron hökumət modelinə keçməyi planlaşdırır.

Median.Az
Trend-ə istinadən bildirir ki, bunu Mərkəzin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, bu modelin xüsusiyyəti ondan ibarətdir ki, bütün zəruri xidmətlər elektron hökumətin vahid bazasında fasiləsiz olaraq göstəriləcək.

Mərkəzin cari işlərindən danışan F.Cəfərov qeyd edib ki, 400-dən çox xidməti birləşdirən e-hökumət portalı müxtəlif altsistemlərdən ibarət vahid sistemdir.

Mərkəzin direktoru bildirib ki, rəqəmsallaşma və sənədlərin portalın məlumat bazasına keçirilməsi üçün böyük iş görülüb:

"Artıq xidmətlərin vətəndaşların müraciəti olmadan göstərilməsi müddəti başlayıb. Məsələn, uşaq doğularkən dövlət vətəndaşa doğum haqqında şəhadətnamənin alınmasının lazım olduğu barədə bildiriş göndərəcək. Sistem yeni doğulan körpənin qeydiyyatını keçirməyə imkan verəcək və doğum haqqında şəhadətnamə rəsmiləşdiriləcək. Bundan başqa, pasport və digər sənədlərin etibarlılıq müddəti bitdikdə vətəndaşlara bu barədə bildiriş gələcək".

F.Cəfərov həmçinin portala inteqrə olunacaq sistemlərdən də danışıb:

"AsanFinans" müştərilərin bank əməliyyatlarını sürətlə həyata keçirəcək, eləcə də fərdi eyniləşdirmə nömrəsi ilə elektron formada sənədləri təqdim edəcək internet bankçılıq xidmətidir. Hazırda banklar və bank olmayan kredit təşkilatları da daxil olmaqla 20-dən çox şirkət sistemə qoşulub".

Onun sözlərinə görə, "AsanLogin" unikal layihəsinin xüsusiyyəti ondan ibarətdir ki, bu portalda qeydiyyat zamanı bütün portallara giriş əldə etmək olur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 465 25.04.19 22:56