Mojo.az Banner
16:34 Nə üçün Tahir İmanova pul yığılır? - ÖZÜNDƏN AÇIQLAMA  |     16:29 Bu yolda sürət həddi endirildi  |     16:28 Paşinyan seçkiləri gözləyir - Konstitusiya dəyişdiriləcək  |     16:20 Ağdamda azyaşlı velosipeddən yıxılaraq ölüb  |     16:11 Aİ Belarusa qarşı sanksiyaları genişləndirib  |     16:04 Sürücülük vəsiqəsi və digər vacib sənədlər YENİ QAYDADA veriləcək  |     15:52 Türkiyə Prezidenti: Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi  |     15:23 Azərbaycana ən çox kərə yağı İrandan gətirilir, Rusiyaya isə ən çox satılır  |     15:15 Azərbaycanla Əlcəzair arasında saziş TƏSDİQLƏNDİ  |     15:05 "Şəkili Yusif"lə birgə 173 milyonluq cinayət işində təqsirləndirilən şəxs: "Tövbə etmişəm"  |     14:26 Fövqəladə Hallar Nazirliyindən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT (Video)  |     14:16 Qubada faciəli şəkildə ölən şəxs MÜƏLLİM İMİŞ  |     14:14 Biləcəridə yaşayış evinin bünövrəsi çökdü (Video)  |     14:02 Yasamalda "Express Lounge" ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb  |     13:48 Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər ələ keçdilər - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     13:38 Rayonlarda 31 torpaq sahəsi hərraca çıxarılacaq  |     13:28 Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular (Yenilənib)  |     13:17 Salyanda ZƏNCİRVARİ QƏZA - Xəsarət alanlar var (Video)  |     12:51 Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Nazirlikdən XƏBƏRDARLIQ  |     12:36 Hövsanda teplovoz minik avtomobili ilə toqquşub  |    
Left Banner
Right Banner

Mühasib olmayanları baş mühasib təyin edənlər nə qədər cərimələnəcək?

23.04.2019 19:56 1 551
Mühasib olmayanları baş mühasib təyin edənlər nə qədər cərimələnəcək?
Büdcə təşkilatlarının rəhbərləri mühasib olmayan şəxsləri baş mühasib vəzifəsinə təyin etdiyi təqdirdə cərimələnəcək.

Median.Az
oxu.az-a istinadən məlumat verir ki, bu məsələ bu gün Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə (Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklikdə qeyd olunur ki, Məcəllənin 462-ci maddəsinə yeni bənd əlavə olunur.

Beləliklə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifəsinin icrasının həyata keçirilməsinə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimələnəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.скачать dle 11.3