İntim əlaqədən imtina edən arvadını öldürəndən YENİ XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

İntim əlaqədən imtina edən arvadını öldürəndən YENİ XƏBƏR

Keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xosrov Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Median.Az
“lent.az”a istinadən xəbər verir ki, X.Məmmədov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Xosrov Elman oğlu Məmmədov küçənin ortasında keçmiş həyat yoldaşı, Qaraçuxur qəsəbəsində yaşayan 33 yaşlı Əfsanə Fəxrəddin qızı Məmmədovanı bıçaqla qətlə yetirib.

X.Məmmədov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

İlkin dindirmə zamanı qətlin motivi məlum olub. Belə ki, Əfsanə Məmmədova ilə Xosrov Məmmədov bir müddətdir ki, boşanıblar, birgə nikahdan övladları da var. Ancaq boşansalar da, Xosrov Əfsanədən əl çəkməyib və zorla onunla cinsi əlaqədə olmaq istəyib.

Elə bu səbəbdən də qadın Xətai rayon Prokurorluğuna və 37-ci Polis Bölməsinə şikayət edib. Xosrov isə bu şikayətdən əsəbləşərək, keçmiş arvadını öldürmək qərarına gəlib və cibinə bıçaq qoyaraq niyyətini həyata keçirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 940 23.04.19 19:24