Mojo.az Banner
12:39 Türkiyədə genişmiqyaslı əməliyyat: Daha bir neçə məşhurun saxlanılma qərarı verildi (Yenilənib)  |     12:34 Liseyin 131 min manatını mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"  |     12:33 Qubada AVTOQƏZA: Ölən var  |     12:30 Ağdamda traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb  |     12:28 Butanda 10 000 "Bitcoin"ə yeni şəhər salınacaq  |     12:21 Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb (Video)  |     12:06 Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş  |     11:41 Qusarda qadın əri tərəfindən öldürüldü  |     11:39 Ordubadı qazla təmin edən kəmərdə qəza olub  |     11:36 Sürücülər üçün XƏBƏRDARLIQ: Bu vəziyyətdə radarlar işə düşür  |     11:31 Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxsi polis saxladı  |     11:22 Astara sakinlərinin nəzərinə - İşıq olmayacaq!  |     11:15 Ağsuda saxta sənədlər hazırlayan şəxs tutulub  |     23:03 KİV: Üçüncü dünya müharibəsi 2026-cı ildə başlaya bilər  |     22:54 Gümrünün sabiq merinin həbs müddəti uzadıldı  |     22:48 Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar  |     22:40 Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi  |     22:29 Ağdamda traktorçu minaya düşdü  |     22:16 TƏCİLİ: Sumqayıtda həlak olan gənc partiya sədrinin nəvəsi imiş  |     22:09 Bu şəxslər təltif edildi - SİYAHI  |    
Left Banner
Right Banner

Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü - FOTO

18.04.2019 12:06 17 858
Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü - FOTO
Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib.

Pasiyenti müalicə edən kosmetoloq Sevinc Abdullayeva oxu.az-a açıqlamasında bildirib ki, prosedur zamanı ucuz və sertifikatı olmayan preparatdan istifadə edilib:

“Xanım burun quruluşunu düzəltmək üçün özünü kosmetoloq kimi təqdim edən qeyri-peşəkar insana müraciət edib. Mən təxmin edirəm bu hansı preparatdır. Ucuzdur və sertifikatı yoxdur.

Əsas məsələ odur ki, həmin preparat (gel - red.) burun nahiyəsinə yeridilən zaman yanlışlıqla damara daxil olub. Bu zaman damar tutulub və burun nahiyəsində qan dövranı pozulub. Nəticədə isə qaralma başlayıb və qanqren olub”.

Həkimin sözlərinə görə, burnu çürüyən xanım ona güclü ağrılarla müraciət edib:

“Ona ağrıların azalması üçün dərmanlar təyin etdik. İki həftə sonra burun nahiyəsindəki qaraltılar keçməyə başladı və burun əvvəlki rənginə qayıtdı. Hazırda burun dərisi üzərində çapıqlar qalmaqdadır, onun bərpası üçün müalicəmiz davam edir”.






скачать dle 11.3