Mojo.az Banner
14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağdamda traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb

18.12.2025 12:30 798
Ağdamda traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb
Dekabr ayının 17-də Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Qeyd olunub ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Malik oğlu Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!скачать dle 11.3
Mojo.az Banner