Bakıda taksi sürücüsünə qoşulub qaçan tələbə qız: - Özümü öldürəcəyəm... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 Yaşar Güler ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib  |     13:56 Bakıda mozaikaların bərpası davam edir  |     13:33 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - GÖRÜNTÜLƏR YAYILDI (VİDEO)  |     13:30 Türkiyədə yoluxucu xəstəlik yayıldı: Karantin rejimi tətbiq edildi  |     13:29 "Apple" yeni "iPhone" modellərinin qiymətini artıracaq  |     13:13 Sertifikatsız müəllimlər repetitorluq edirlər: Rəsmi nəzarət olmalıdır? - VİDEO  |     13:12 Uşaqlar arasında allergiya yayılır: Səbəb qidalar ola bilər - VİDEO  |     13:05 Türkiyədən Azərbaycana geyim ixracı azalır: Onlayn alış-veriş artıq sərfəli deyil? - VİDEO  |     13:01 Bakıda çoxmərtəbəli binanın üzlük daşları qoparaq təhlükəli vəziyyət yaradır - VİDEO  |     12:55 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir  |     12:33 Ağdamda bədbəxt hadisə: Fəhlənin sinəsinə armatur batdı  |     12:06 Doktorantura üzrə elektron sənəd qəbuluna başlanılıb  |     11:54 Tərtərdə qadın qətlə yetirilib, qayınatası şübhəli bilinir  |     11:34 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər  |     11:27 Paytaxtda 26 yaşlı gəncin qətlə yetirilməsinin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     11:18 Azərbaycanda ötən il ictimai mənəviyyat əleyhinə olan cinayətlərin sayı açıqlanıb  |     23:01 Bill Qeyts Tramp və Maskı tənqid etdi  |     22:57 Sumqayıtda iki qohum tanımadıqları şəxs tərəfindən bıçaqlanıb - YENİLƏNİB  |     22:36 Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb  |     22:23 Başlıbel faciəsinin şahidləri məhkəmədə ifadə veriblər - FOTO  |    

Bakıda taksi sürücüsünə qoşulub qaçan tələbə qız: - Özümü öldürəcəyəm... - FOTO

Bakıda 3-cü kurs tələbəsi olduğu deyilən qız 4 ay əvvəl onu dərsə aparan taksi sürücüsü tərəfindən qaçırılıb.

Median.Az
xəbər verir ki, onunla ailə quran tələbə qız "Səni axtarıram"a müraciət edib.

Studiyaya gələn gənc qızın dedikləri studiyadakıları dəhşətə gətirib:

"20 yaşım var. Həyat yoldaşım mənə zülm verir. Universitetə gedəndə, o, taksidə işləyirdi. Mən onunla gedib gəlirdim. Elə tanış olduq. Bir-birimizə aşiq olduq. Onun 28 yaşı var. Ailəmin heç xəbəri yox idi. Deməmiş, ona qoşulub qaçdım. Ondan sonra bildilər.


Qaçdığım iki gün idi ki, aramızda davalar başladı. "Niyə ananı, atanı istəyirsən?" deyib döyürdü. Atamgilə getmişdik barışıq olsun deyə. Həmin gün mənə dedi ki, atandan 2500 manat mənə pul istə. Məcburiyyətlər çox edirdi. Pulu almadım deyə sonra evdə bir dava oldu, döydü, başımı divara vurdu. 4 aydır bu zülmü çəkirəm. Bu adamdan ayrılmaq qərarına gəldim. Axşam anama nə qədər mesaj yazmışam. Zəng edəndə Xətai (həyat yoldaşı) mənə sərt cavablar verdi, ölümlə hədələdi. Anama yazdım ki, "Bezmişəm, özümü öldürəcəyəm. Gəl məni götür". Dedi "Yox, getməmisən ki, qayıdasan. Cəhənnəm ol otur orada". Çünki onlar mən qaçanda demişdilər qayıt geri, qaçsam da qəbul edəcəklərini demişdilər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 022 17.04.19 20:41